Bugun.tv xəbər verir ki, Misir Prezidentinin şəxsən özü tərəfindən təqdim olunan bu orden elmin inkişafı və yayılması sahəsində müstəsna xidmətləri olmuş görkəmli alim və maarifpərvər şəxslərə verilir. S.Nəsirov Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Qahirə Universitetində Azərbaycan dili müəllimi, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmtəsisçisi və həmsədridir. Misirdə 23 il ərzində onun rəhbərlik etdiyi müəssisələrdə dünyanın əksər ölkələrindən olan minlərlə tələbə təhsil alaraq ölkələrinə qayıdıb. Hazırda dünyanın 65 ölkəsindən Misirdə təhsil alan 1700-dən çox tələbə bu müəssisələrdə təhsillərini davam etdirirlər. O, 25 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır. Bu tədqiqatlardan ərsəyə gələn, 250-dən çox əslən azərbaycanlı alim haqqında iki kitabın müəllifidir.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri
