Digər

Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XVII Forumu işə başladı

Bugun.tv Türkiyənin Ankara şəhərində Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB “Türk dünyasının təhsil qurultayı” mövzusunda XVII Forumu keçirilir. Adalet.az xəbər verir ki, tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

UAESEB-in və Türk Eğitim-Sen-in sədri Talip Geylan iştirakçıları salamlayaraq iclası rəsmi olaraq açıq elan edib. Türk dünyasının müxtəlif ölkələrindən dəvət olunan həmkarlar ittifaqlarının rəhbərləri, professor-müəllim heyəti, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri elm və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən söz açıblar.

Sonra “XXI əsrdə türk təhsil vizyonu”, “Təhsildə rəqəmsal transformasiya və süni intellekt əsaslı ortaq layihələrin təşkili” və “Türk dünyasında təhsil işçiləri həmkarlar ittifaqlarının gələcəyi və hüquqi mübarizə” mövzularında plenar sessiyalar öz işinə başlayıb. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev “Türk dünyasında təhsil işçiləri həmkarlar ittifaqlarının gələcəyi və hüquqi mübarizə” mövzusunda keçirilən plenar sessiyada çıxış edib.

Çıxışı zamanı o, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti cənab Sahib Məmmədovun səmimi salamlarını tədbir iştirakçılarına çatdırıb və qeyd edib ki, Konfederasiya rəhbərliyi UAESEB ailəsi ilə əməkdaşlığa xüsusi önəm verir. Araz Paşayev bildirib ki, ETİHİ 405 mindən çox elm və təhsil işçisini birləşdirən ən böyük sahə həmkarlar ittifaqıdır və təhsil işçilərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsini prioritet istiqamət kimi müəyyənləşdirib. Forum digər qonaqların çıxışları və müzakirələrlə davam edib.Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XVII Forumu sabah, sentyabrın 3-ü işini yekunlaşdıracaq. Qeyd edək ki, UAESEB 2006-cı ildə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan elm və təhsil işçiləri həmkarlar ittifaqları təşkilatlarının birgə təşəbbüsü ilə təsis edilib. Bu qurum 10 təhsil işçiləri həmkarlar ittifaqı təşkilatını özündə birləşdirir. ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev bu Birliyin İdarə Heyətinin üzvüdür.

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu