25 C
Baku
23 İyun 2025, 13:57
Dünya

Misir: Qəzzada müharibəyə son qoymağa çalışırıq

Misirin xarici işlər naziri Bədr Əbdüləti ölkəsinin İsrailin Qəzzaya hücumlarını dayandırmaq üçün bütün gücü ilə basqı etdiyini və Qəzzada axan qana ən qısa zamanda son qoyacaq razılığa gəlməyə ümid etdiyini bildirib.

Misirin xarici işlər naziri Bədr Əbdüləti Qambiyanın xarici işlər naziri Mamadu Tanqara ilə paytaxt Qahirədə keçirdiyi görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında, “Biz bütün gücümüzlə müharibəni bitirmək üçün təzyiq göstəririk və Qəzzada axan qanı dayandırmaq üçün ən qısa zamanda razılığa gəlməyi ümid edirik” deyib.

Əbdüləti Qəzza zolağına tam girişin və heç bir məhdudiyyət olmadan humanitar yardımların çatdırılmasının vacib olduğunu vurğulayaraq, Qəzzada fələstinlilərə qarşı aclığın silah kimi istifadə edilməsini heç vaxt qəbul etmədiklərini bildirib.

Qambiyanın xarici işlər naziri Tanqara mətbuat konfransında “İsrailin hücumları səbəbiylə Qəzzada vəziyyət son dərəcə ağırdır” deyib.

Tanqara Qahirənin regional sabitliyin təmin olunmasındakı rolunu və səylərini yüksək qiymətləndirib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Ukraynadakı son vəziyyət

Aynur Camal

K vitamini niyə lazımdır?

Aynur Camal

Dmitri Peskov: “Rusların əksəriyyəti xüsusi hərbi əməliyyatları və Putini dəstəkləyir”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu