Misirin paytaxtı Qahirədə binanın uçması nəticəsində 10 nəfər ölüb, 8 nəfər yaralanıb. Hadisə şahidləri binanın “qaz partlaması” nəticəsində çökdüyünü bildirərkən, mülki müdafiə qrupları axtarış-xilasetmə işlərinə başlayıb. Misirin paytaxtı Qahirədə binanın uçması nəticəsində 10 nəfər ölüb, 8 nəfər yaralanıb. Misir mediasında dağıntılar altında itkin düşənlərin olduğu ehtimal edilir.
Qahirənin Kerdasa məhəlləsində baş verən hadisə ilə əlaqədar çoxlu sayda təcili yardım göndərilərkən, mülki müdafiə qrupları dağıntılar altında qaldığı düşünülən şəxslər üçün axtarış-xilasetmə işlərinə başlayıb.
Hadisə şahidləri binanın uçmasına “qaz partlaması” səbəb olduğunu və polisin araşdırmalara başladığını bildirib.
AFP-nin verdiyi xəbərə görə, son illər Qahirədə çoxlu binalar uçub.
Mənbə: HurriYet