Dünya

Misirdə bina çökdü: Çox sayda ölü və yaralı var

Misirin paytaxtı Qahirədə binanın uçması nəticəsində 10 nəfər ölüb, 8 nəfər yaralanıb. Hadisə şahidləri binanın “qaz partlaması” nəticəsində çökdüyünü bildirərkən, mülki müdafiə qrupları axtarış-xilasetmə işlərinə başlayıb. Misirin paytaxtı Qahirədə binanın uçması nəticəsində 10 nəfər ölüb, 8 nəfər yaralanıb. Misir mediasında dağıntılar altında itkin düşənlərin olduğu ehtimal edilir.

Qahirənin Kerdasa məhəlləsində baş verən hadisə ilə əlaqədar çoxlu sayda təcili yardım göndərilərkən, mülki müdafiə qrupları dağıntılar altında qaldığı düşünülən şəxslər üçün axtarış-xilasetmə işlərinə başlayıb.

Hadisə şahidləri binanın uçmasına “qaz partlaması” səbəb olduğunu və polisin araşdırmalara başladığını bildirib.

AFP-nin verdiyi xəbərə görə, son illər Qahirədə çoxlu binalar uçub.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da saxlanılan Nikolas Maduro Venesuela xalqına mesaj göndərdi

Aynur Camal

Analitik: Müctəba Xameneinin seçilməsi İranın xarici təzyiqlərə güzəşt etməyəcəyini göstərir

Aynur Camal

İranın yeni ali liderinin soyadı Xamenei olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu