Bugun.tv xəbər verir ki, Misirin İsmailiyyə şəhərində Polis İdarəsinin binasında yanğın baş verib. Yanğın nəticəsində azı 25 nəfər xəsarət alıb.
Qərargada baş verən yanğın qəflətən böyüyüb. Alov binanı bürüyüb və bir hissəsi dağılıb. Uzun səylərdən sonra yanğının çətinliklə nəzarət altına alındığı açıqlanıb.
Yanğın zamanı içəridə növbətçi polis əməkdaşlarının olduğu bildirilib.