3 C
Baku
14 Dekabr 2025, 7:53
Baş xəbərDünya

Misirdə Aralıq dənizinin dibində tapılan qədim artefaktlar nümayiş etdirildi

Bugun.tv xarici mediaya istinadla xəbər verir ki, İsgəndəriyyə Milli Muzeyində turizm naziri Şərif Fəti və İsgəndəriyyə valisi Əhməd Xalid Misir və beynəlxalq media nümayəndələrinin iştirakı ilə “Batmış şəhərin sirləri” adlı arxeoloji sərginin açılışını ediblər. Sərgi ilə bağlı keçirilən mətbuat konfransında çıxış edən Misirin Qədim Əsərlər Ali Şurasının baş katibi Muhammed İsmayıl Xalid bildirib ki, bu eksponatlar ilk dəfədir ki, sualtı antik əşyalara həsr olunub və sərgi altı ay davam edəcək. Onun sözlərinə görə, sərgiyə 86 nadir əsər daxildir. Unikal sərgidə Avropa Sualtı Arxeologiya İnstitutu tərəfindən 2000-ci ildən Misirin şimalındakı körfəzdən tapılan əsərlər kolleksiyası və İsgəndəriyyənin qədim şərq limanının suları altında qalmış “Kral məhəllələri”ndən götürülən parçalar nümayiş etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Kainatda başqa bir qızıl mənbəyi tapılmış ola bilər

Aynur Camal

Millimiz rekorda imza atdı

Aynur Camal

Avronun kursu yenidən yüksəldi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu