Baş xəbərDünya

Ukrayna Prezidenti: Seçkilərin keçirilməsindən məmnun olardım

Bugun.tv xəbər verir ki, bu sözləri jurnalistlərlə görüşündə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısı vurğulayıb ki, müharibə zamanı seçki mövzusu cəmiyyəti parçalamamalıdır. O əlavə edib: “Seçkilər artıq keçirilsəydi, məmnun olardım. Bu mövzuya yekun vurum, çünki o, dava-dalaş, siyasi çağırışlar, plakatlar və sairə məsələlərdən başqa heç nəyi əhatə etmir”.

Zelenski vurğulayıb ki, onun əsas prioriteti daxili siyasi müzakirələr deyil, müharibəyə son qoymaqdır. “Əsas olan odur ki, mənə müharibəni bitirmək imkanı versinlər və ondan əvvəl dövləti parçalamasınlar. Bu, arzu edənlərin hamısına yeganə xahişimdir”, -deyə Ukrayna Prezidenti vurğulayıb.

Xatırladaq ki, Razumkov Mərkəzinin 2025-ci ilin mart ayına olan sorğu məlumatları göstərir ki, ukraynalıların yalnız 22%-i müharibə bitməmiş prezident və ya parlament seçkilərinin keçirilməsinə müsbət yanaşır.

Bugün TV

Oxşar xəbərlər

Popkorn niyə çölə doğru açılır? Səbəbi təzyiq və buxardır

Aynur Camal

Tramp ABŞ-ın dizel ixracını qadağan edə biləcəyini açıqladı

Aynur Camal

Fransada lisey şagirdlərinin etirazlarında 202 nəfər yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu