Misir, qatar qəzası, Giza, Əl-Ayyat, dəmir yolu qəzası, yaralılar, Əbdülfəttah əs-Sisi, beynəlxalq xəbərlər
Hadisə

Misirdə qatarların toqquşması nəticəsində 7 nəfər öldü, 125-dən çox insan yaralandı

Bugun.tv-nin “Al Jazeera” telekanalına istinadən məlumatına görə, Misirin Giza vilayətinin Əl-Ayyat rayonunda iki sərnişin qatarının toqquşması nəticəsində azı 7 nəfər həyatını itirib, 125-dən çox insan yaralanıb. Hadisə noyabrın 8-də qeydə alınıb.

Misir Səhiyyə Nazirliyinin məlumatına əsasən, Giza ilə Fayum arasında hərəkət edən qatar Qahirə–Asuan marşrutu üzrə hərəkət edən digər qatarın arxa hissəsinə çırpılıb. Toqquşma nəticəsində ikinci qatar relsdən çıxaraq yaxınlıqdakı kənd yoluna aşıb.

Hadisə yerinə xilasetmə qrupları, xüsusi texnika və kranlar cəlb olunub. Misirin Milli Dəmir Yolları qəza nəticəsində zədələnmiş vaqonların ərazidən götürülməsi və qatarların hərəkətinin normal qrafikə qaytarılması üçün tədbirlərin görüldüyünü bildirib. Yaralıların xəstəxanalara çatdırılması və təxliyəsi üçün 70-dən çox təcili tibbi yardım avtomobilindən istifadə edilib.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi hadisəni diqqətlə izlədiyini və qəzanın səbəblərinin təcili araşdırılması barədə göstəriş verdiyini açıqlayıb. O, səhlənkarlıqda təqsiri müəyyən edilən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib.

Qeyd edək ki, qəzanın baş verdiyi Əl-Ayyat rayonu əvvəllər də ağır dəmir yolu qəzaları ilə gündəmə gəlib. Misirin geniş dəmir yolu şəbəkəsinin bir hissəsinin yenilənməyə ehtiyacı olduğu bildirilir.

Mənbə: Aljazeera

Aynur Camal

Oxşar xəbərlər

Güclü yağışların yaratdığı daşqınlar iki nəfərin həyatına son qoydu

Aynur Camal

Tayvanda Panasonic zavodunda yanğın: iki nəfər öldü, beş nəfər yaralandı

Aynur Camal

Yeni Dehlidə hava çirklənməsi təhlükəli həddə yaxınlaşdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu