25 C
Baku
27 İyul 2024, 4:54
İdman

MMA döyüşçüsü Moskvada reanimasiyaya yerləşdirildi

Bugun.tv xəbər verir ki, Rusiyalı qarışıq stil (MMA) döyüşçüsü Bibert Tumenov Moskvada ACA 172 turnirində döyüşdən əvvəl reanimasiyada olub. Bu barədə RİA Novosti-yə Absolute Championship Akhmat (ACA) promoşnunun rəhbəri Aleksey Yatsenko bildirib.

Yatsenko bildirib ki, idmançı əməliyyat olunub, vəziyyəti stabildir. “Artıq həyat üçün təhlükə yoxdur. İndi onun səhhətində nəyin pis olduğunu anlamaq bizim üçün vacibdir” deyib.

Martın 9-da Tumenov Moskvada keçirilən ASA Qran Prisi çərçivəsində həmyerlisi Qurban Tayıbovla döyüşməli idi. Tumenovun qarışıq döyüş növlərinin qaydaları üzrə döyüşlərdə 13 qələbəsi və iki məğlubiyyəti var. Tayıbovun hesabında 14 qələbə, üç məğlubiyyət var.

2022-ci ilin oktyabrında Tumenov və Andrey Qonçarov telekanalın canlı yayımı zamanı davaya başlayıblar. Əvvəlcə atletlər arasında baxış dueli olub. Daha sonra şifahi atışma başlayıb. Tumenov Qonçarovun onun qarşısında titrədiyini deyib. Təklif edib ki, elə indidən məsələni həll etsinlər. Bundan sonra döyüşçülər arasında dava düşüb.

Mənbə lenta.ru

Aynur Camal

Oxşar xəbərlər

Qala gecəsində UEFA Çempionlar Liqasının finalı keçirilib

Nigar Məmmədova

Jurnalist Anar Natiqoğlu “Qarabağ”-“Qalatasaray” qardaşlıq oyunundan yazır…

Nigar Məmmədova

Vəliyeva 2022-ci il Avropa çempionu titulundan məhrum edildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu