DünyaSiyasət

Moldova Müdafiə Nazirliyində 4 ölkənin xüsusi təyinatlı birləşmələrinin iştirakı ilə təlimlər başlayıb

Moldova Müdafiə Nazirliyi yerli təlim mərkəzlərində Böyük Britaniya, Moldova, Rumıniya və ABŞ-ın xüsusi təyinatlı birləşmələrinin iştirakı ilə birgə Mübadilə Təlimləri başlayıb.

“Təlimlər dörd ölkənin xüsusi təyinatlıları üçün təcrübə mübadiləsi və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi məqsədilə keçirilir. Əsgərlər atıcılıq və paraşütlə tullanma, eləcə də səhra manevrləri ilə məşğul olacaqlar”.

Bugun.tv xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin məlumatında deyilir.

Təlimlər aprelin 7-dək davam edəcək. Moldova vətəndaşlarına həmin müddət ərzində ölkə daxilində yollarda hərbi texnikanın hərəkəti ilə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, neytral ölkə olan Moldova fərdi tərəfdaşlıq planına uyğun olaraq NATO orduları ilə əməkdaşlıq edir. Ölkədə NATO-nun əlaqə ofisi var.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

Rıza Pəhləvi’yə dəstək yoxdur: “İranın gələcəyini iranlılar müəyyən etməlidir”

Aynur Camal

Məhəmməd Əsədullazadə: İsrail Hizbullahı tam sıradan çıxarmağa çalışır

Aynur Camal

İran dövlət televiziyası: İsrailə yeni raket hücumu dalğası başladılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu