28 C
Baku
13 Sentyabr 2024, 14:55
DünyaSiyasət

Moldova Müdafiə Nazirliyində 4 ölkənin xüsusi təyinatlı birləşmələrinin iştirakı ilə təlimlər başlayıb

Moldova Müdafiə Nazirliyi yerli təlim mərkəzlərində Böyük Britaniya, Moldova, Rumıniya və ABŞ-ın xüsusi təyinatlı birləşmələrinin iştirakı ilə birgə Mübadilə Təlimləri başlayıb.

“Təlimlər dörd ölkənin xüsusi təyinatlıları üçün təcrübə mübadiləsi və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi məqsədilə keçirilir. Əsgərlər atıcılıq və paraşütlə tullanma, eləcə də səhra manevrləri ilə məşğul olacaqlar”.

Bugun.tv xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin məlumatında deyilir.

Təlimlər aprelin 7-dək davam edəcək. Moldova vətəndaşlarına həmin müddət ərzində ölkə daxilində yollarda hərbi texnikanın hərəkəti ilə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, neytral ölkə olan Moldova fərdi tərəfdaşlıq planına uyğun olaraq NATO orduları ilə əməkdaşlıq edir. Ölkədə NATO-nun əlaqə ofisi var.

Mənbə: TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Rəisin həyat yoldaşının İranın yeni prezidenti olacağı iddiası böyük səs-küyə səbəb oldu

Aynur Camal

AFAD-dan Fələstinə yardım kampaniyası

Bugün TV

Sionistlərin Əl-Əqsa məscidinə basqına Rusiyadan reaksiya

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu