Dünya

“Mona Liza” xoşbəxtlikdən yaxasını xilas edə bildi! Luvr muzeyinin parolunun “Luvr” olduğu ortaya çıxdı

Ötən ay Fransanın Paris şəhərindəki Luvr Muzeyinə soyğunçular girib səkkiz qiymətli kral zinət əşyası oğurladıqdan sonra muzeydə daha bir təhlükəsizlik boşluğu aşkar edilib.

Fransanın “Libération” qəzetində dərc olunan xəbərə görə, Fransa Milli Kibertəhlükəsizlik Agentliyi tərəfindən 2014-cü ildə aparılan audit nəticəsində muzeyin video çəkiliş monitorinq sisteminin server parolunun sadəcə “LOUVRE” olduğu aşkar edilib. Başqa bir hesabatda muzeyin xəbərdarlıqlara baxmayaraq illərdir bu sadə paroldan istifadə etməyə davam etdiyi bildirilir.

Fransada qəzəbə səbəb olan parol sosial mediada da lağa qoyulub və bəzi istifadəçilər “Kaş parolu 1234-ə dəyişdirsəydiniz” şərhini yazıblar. Leonardo da Vinçinin ən vacib əsərlərindən biri olan dünyaca məşhur “Mona Liza” da Luvrda sərgilənir.

Mənbə: Hurriyet.com

Aynur Camal

Oxşar xəbərlər

Çoxmərtəbəli binalarda yanğın söndürə bilən dron istehsal edildi

Aynur Camal

Məktəblilər üçün interaktiv qlobus coğrafiyanı əzbərləmədən öyrənməyə kömək edir

Aynur Camal

Süni intellektə görə məlumat mərkəzlərinə qarşı qlobal etirazlar artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu