Dünya

Monotremlər dəstəsinə aid yeni növlər aşkar edilib

Avstraliyalı elm adamları tarixdən əvvəlki dövrlərdə yaşamış monotremata dəstəsinə aid üç növün fosillərini aşkar ediblər. Elm adamları Yeni Cənubi Uelsin şimalındakı Lightning Ridge qəsəbəsində tapılan və təxminən 100 milyon il əvvəl Avstraliyada yaşadığı təxmin edilən canlıların fosilləşmiş qalıqlarını araşdırıblar.

Tədqiqatçılar çənə qalıqlarını tədqiq etdikləri canlıların birincisinin monotremlərin canlı nümayəndələri olan platypus və qısa gagalı exidnaya oxşar xüsusiyyətlərə malik olduğunu bildiriblər.

Yeni kəşf edilən bu növə “echidnapus (opalios splendens)” adını verən elm adamları növün ümumi anatomiyasının platypusa bənzədiyini, lakin çənə və burun xüsusiyyətlərinin qısa dimdikli exidnalara bənzədiyini qeyd ediblər.

Tədqiqatçılar aşkar edilən digər iki monotrem növünün quruda yaşayan və ölçüləri çox kiçik olan “Parvopalus clytiei” və müasir platipuslara bənzəyən “dharragarra aurora” olduğunu açıqlayıb.

Avstraliya Muzey Tədqiqat İnstitutunda məməliləri tədqiq edən, tədqiqatın aparıcı müəllifi professor Tim Flanneri, “Bizim etdiyimiz kəşf tamamilə yeni sivilizasiyanın kəşfinə bənzəyir” deyib.

Flanneri, “Bu yeni fosillərin tapılması Avstraliyanın qədim zamanlarda monotremlərə ev sahibliyi etməsinin ilk göstəricisidir” deyib.

Kəşflə bağlı təfərrüatları özündə əks etdirən məqalə “Alcheringa: An Australasian Journal of Paleontology” jurnalında dərc olunub.

Monotremlər digər məməlilərdən fərqli olaraq yumurta qoyaraq çoxalırlar, lakin məməlilər kimi balalarını südlə qidalandırırlar.

Cinsi orqanları, sidik yolları və bağırsaqları bir dəlikdən keçdiyi üçün belə adlandırılmış monokeros iki ailədən ibarətdir: echidnas və platypuses.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da keçirilən danışıqlarda Livan və İsrail atəşkəsin tətbiqi barədə razılığa gəldi

Aynur Camal

Somnoloq açıqladı: Rahat yatmaq üçün axşam yeməyində nə yemək lazımdır?

Aynur Camal

BMT xəbərdarlıq etdi: Heyvandarlıqda antibiotik istifadəsi 15 ildə üçdəbir arta bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu