11 C
Baku
20 Mart 2023, 23:18
Baş xəbər

Monteneqro ilə ölkəmiz hava əlaqələri haqqında saziş imzalayıb

Azərbaycan və Monteneqro arasında hava əlaqələri haqqında Saziş imzalanıb. Bu barədə Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “Twitter” hesabında yazıb.

O qeyd edib ki, bu gün ölkəmizdə səfərdə olan Monteneqro Hökumətinin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç ilə Azərbaycan və Monteneqro arasında hava əlaqələri haqqında Saziş imzalanıb.

Nazir bildirib ki, bu Saziş iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq və ölkələrimiz arasında turizm və mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.

Oxşar xəbərlər

Martın 01-də gözlənilən hava şəraiti

Aynur Camal

“Sanksiyalar qəbul etməklə biz İrana iki aydın mesaj verməyə çalışırıq”

Aynur Camal

Pakistanda məsciddə terror törədilib – ölənlərin sayı 72 nəfərə çatıb – YENİLƏNİB

Aynur Camal

Şərh yazın