23 C
Baku
9 İyun 2025, 23:29
Baş xəbər

Monteneqro ilə ölkəmiz hava əlaqələri haqqında saziş imzalayıb

Azərbaycan və Monteneqro arasında hava əlaqələri haqqında Saziş imzalanıb. Bu barədə Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “Twitter” hesabında yazıb.

O qeyd edib ki, bu gün ölkəmizdə səfərdə olan Monteneqro Hökumətinin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç ilə Azərbaycan və Monteneqro arasında hava əlaqələri haqqında Saziş imzalanıb.

Nazir bildirib ki, bu Saziş iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq və ölkələrimiz arasında turizm və mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.

Aynur Camal

Oxşar xəbərlər

Qvatemalada güclü yağışlar nəticəsində 6 nəfər ölüb

Teymur Əziz

ABŞ-da 4,8 bal gücündə zəlzələ baş verib

Kəmalə Sultan

Azərbaycan həqiqətlərini təhrif edən “Freedom House” təşkilatının son hesabatı ilə bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin BƏYANATI

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu