18 C
Baku
8 Sentyabr 2024, 5:24
Dünya

Morja yaxınlaşan turist 900 avro cərimələndi

Norveçin vəhşi təbiətin qorunduğu Svalbard arxipelaqında turist morja çox yaxınlaşdığı üçün 900 avro cərimələnib.

BBC news xəbər verir ki, Norveçin Svalbard arxipelaqında vəhşi təbiətə onları narahat edəcək şəkildə yaxınlaşmaq qadağandır, bir polşalı turist fiyorddakı morjlara yaxınlaşmaq üçün buz parçasının üzərinə çıxıb.

Yerli sakinlər morjun bir neçə metrliyindən gələn şəxsi səlahiyyətlilərə xəbər veriblər, foto çəkdirmək istəyən turist isə 900 avro cərimələnib.

Svalbard yaz və yay aylarında bölgədəki turistlərin tez-tez üstünlük verdiyi yerlər arasındadır.

Svalbardın Ətraf Mühit Məcəlləsi qütb ayıları, suitilər, balinalar, şimal maralları və arktik tülküləri əhatə edən arxipelaqın yerli vəhşi təbiətinin lazımsız şəkildə pozulmasını qadağan edir.

Bundan əlavə, Norveç hökuməti 2025-ci ildə qüvvəyə minəcək daha sərt hüquqi tənzimləmələri, o cümlədən turizm və iqlim dəyişikliyinin təsirləri ilə bağlı narahatlıqlar səbəbiylə morjun 150 metr məsafəsində qadağanı açıqladı.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Samsung-dan qatlana bilən telefon və ağıllı üzük

Teymur Əziz

Zelenski cəbhədəki vəziyyətlə bağlı gözlənilməz etiraflar etdi

Aynur Camal

Küveyt Fələstinə dəstək üçün “hava körpüsü” qurdu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu