27 C
Baku
28 İyul 2025, 0:00
Baş xəbərDünya

“Dondurulan aktivlərmizdən istifadə edənlərə adekvat cavabımızı verəcəyik”

Xarici Xəbərlər. 

“Rusiyaya qarşı qoyulan sanksiyalar, dəfələrlə maliyyəsinin dondurulması və bloklanması tamamilə qeyri-qanunidir, kommersiya və beynəlxalq hüququn ümumi qəbul edilən standartlarını pozan tədbirlərdir”- bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova vurğulayıb.

O bildirib ki, Estoniya da daxil olmaqla, dost olmayan ölkələr Rusiyanın dondurulmuş aktivlərindən öz məqsədləri üçün istifadə edənlər Moskvanın adekvat cavabı ilə qarşılaşacaq.

 “Biz qeyri-dost ölkələrin, Rusiya vəsaitlərini öz siyasi məqsədləri üçün istifadə etmək planlarını yalnız suveren mülkiyyətə kobud təcavüz kimi qəbul edirik. Bu, müasir qlobal maliyyə arxitekturasının bütün iştirakçılarına Qərbin bir sıra ölkələrinin geosiyasi reallıqlardan asılılığını nümayiş etdirir” – Zaxarova qeyd edib.

“Biz milli mülkiyyətimizin qorunması üçün qəti addımlar atmağa və müəyyən kompensasiya tədbirlərini hüquqi mexanizmlərdən istifadə edərək tətbiq etməyə hazırıq”- diplomat əlavə edib.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Respublikasının qurucusu: Məmməd Əmin Rəsulzadə

Aynur Camal

Prezident islamofobiyaya qarşı birgə mübarizəyə çağırır

Aynur Camal

Rusiyanın bir neçə ölkədə fəaliyyət göstərən Ukrayna xüsusi təyinatlıları ilə bağlı məlumatları var ​

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu