10 C
Baku
11 Aprel 2026, 5:38
DünyaHadisə

Moskva vilayətində qaz partlayışı ölümcül yanğına səbəb oldu

Bugun.tv xəbər  verir ki, Domodedovo şəhərətrafı rayonunda yanğın zamanı iki nəfərin ölümü ilə bağlı cinayət işi başlanıb. Bu barədə dünən İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, ötən gecə Maksimixa kəndinin Skazka-2 kəndində yerləşən fərdi yaşayış evində yanğın baş verib. Yanğın söndürüldükdən sonra yanan binada bir kişi və bir qadın meyiti aşkar edilib.

Yanğında ölənlərin övladları –12 və 11 yaşlı qızlar özləri binadan çıxa biliblər. Onlar xəsarət alıblar, lakin xəstəxanaya yerləşdirməyə ehtiyac duymayıblar. Fövqəladə hadisə yerində azyaşlılara tibbi yardım göstərilib.

İlkin versiyaya görə, ölümlə nəticələnən yanğına qaz balonunun partlaması səbəb olub.

Hazırda müstəntiqlər faciənin bütün hallarını müəyyənləşdirir. Hadisə ilə bağlı məhkəmə-tibbi və yanğın-texniki ekspertizalar təyin edilib.

Mənbə:Vesti.ru

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu