15 C
Baku
29 Mart 2024, 16:48
İdman

Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçilərinin reytinqində irəlilədi

Dünyanın ən yaxşı baş məşqçilərinin 2023-cü il üçün ilk reytinqi açıqlanıb.

Bugun.tv-nin  əldə etdiyi məlumata görə, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.

Son 4 ilin nəticələrinə əsasən tərtib olunan cədvəldə Azərbaycan klubları iki mütəxəssislə təmsil olunub.

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov “Top-500”də qərarlaşıb.

Cədvəldəki yeganə azərbaycanlı məşqçi Qurbanov 1595 xalla 206-cı yerdədir. 51 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə bir pillə irəliləyib.

“Neftçi”nin rumıniyalı çalışdırıcısı 1627 xalla 175-ci yerdədir. Rumıniyalı mütəxəssis ötən siyahıdakı mövqeyini qoruyub.

Qeyd edək ki, ilk “üçlük”də Pep Qvardiola (2194), Yurgen Klopp (2112) və Joze Mourinyo (2063) qərarlaşıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Ronaldo Səudiyyə Ərəbistanı klubunun şərfini alt paltarına salaraq fanatların üstünə atdı

İntizar Əmirova

Stadnik 9-cu dəfə qızıl medal qazana bilər

Aynur Camal

“Yuventus” Rabiot ilə müqaviləni yeniləməyə yaxındır

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu