9 C
Baku
9 Fevral 2026, 17:38
DünyaKriminal

Moskvada radio aparıcısı qətlə yetirildi

Moskvada Rusiyanın Voloqda radiosunun 34 yaşlı təsisçisi və aparıcısı Anna Azovskaya öldürülüb. Bugun.tv xəbər verir ki, bu barədə RBK məlumat yayıb.İstintaq Komitəsinin Moskva şəhəri üzə Baş İdarəsi bildirib ki, 2023-cü il yanvarın 3-də Polina Osipenko küçəsindəki yaşayış binasının mənzilində 1988-ci il təvəllüdlü qadın meyiti tapılıb, meyitin müayinəsi zamanı 30 bıçaq xəsarəti aşkar edilib. Cinayəti törətməkdə şübhəli bilinən qadının 33 yaşlı tanışı saxlanılıb.

Məlum olub ki, jurnalist və onun birgə yaşadığı Voloqda şirkətlərindən birinin rəhbəri Yeni il tətili üçün Moskvaya gediblər, onlar paytaxtın şimalında kirayədə yaşayıblar və orada aralarında münaqişə yaranıb. Qonşular polisə zəng ediblər. Polis mənzilin qapısını sındırmaq məcburiyyətində qalıb, qətlə yetirilən qadını meyitini və onun birgə yaşadığı şəxsi aşkar edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bugün TV

Oxşar xəbərlər

Meksika Küba üçün 800-dən çox ton humanitar yardım göndərdi

Aynur Camal

Livanın şimalında bina çökdü, çox sayda ölənlər var

Aynur Camal

Minlərlə insan İsrail Prezidenti Hersoqun səfərinə etiraz edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu