Baş xəbərDünya

Mövlud Çavuşoğlu: “Bu cür hücumlar, həqiqətən də getdikcə hüdudları aşır”

“İsrailin dünən Əl-Əqsa məscidində Haram-ı Şərifin müqəddəsliyini pozaraq atdığı bu addımı qəbul etmək mümkün deyil. Ümid edirəm ki, bir daha təkrarlanmaz. Çünki bu cür hücumlar, həqiqətən də getdikcə hüdudları aşır”.

Bugun.tv xəbər verir ki, Xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Xarici işlər nazirləri toplantısının ikinci günündə jurnalistlərin gündəmlə bağlı sualını cavablandırarakən belə deyib.

“Bu gün səhər nazirliyimiz açıqlama verdi. Biz bunu izləməyə davam edəcəyik. İsraillə yenidən dialoq başladı. Amma bizim İsraillə əlaqəmiz, şübhəsiz ki, Fələstin məsələsi hesabına ola bilməz. Bu baxımdan biz öz prinsiplərimizdən və inanclarımızdan güzəştə gedə bilmərik. Biz bunu şiddətlə qınayırıq”,- deyə M.Çavuşoğlu əlavə edib.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

Quterreş Hirosimaya atom bombasını atan ölkənin adını yenə çəkmədi

Aynur Camal

Tramp: Avropa ölkələrinin ABŞ-dan daha üçün güclü qüvvələri yoxdur

Aynur Camal

WP: Tramp 2028-ci il seçkilərində JD Vensi gizli şəkildə dəstəkləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu