11 C
Baku
26 Mart 2025, 18:11
İdman

Mübarizəni dayandıran “Qarabağ”ın futbolçuları gələcəyə ümidlərini itirmirlər-FOTO

Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubuna uduzaraq mübarizəni dayandıran “Qarabağ”ın futbolçuları gələcəyə ümidlə yanaşırlar.

Bugun.tv bər verir ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Qara Qarayev “Instagram” hesabında sözügedən görüşdən sonrakı videonu paylaşaraq davam edəcəklərini yazıb:

“Heç nə bitmir, davam edəcəyik”.

Komandanın müdafiəçisi Bəhlul Mustafazadə isə daha güclü geri dönəcəklərini düşünür. O, “Instagram” hesabının hekayə bölümündə komandanın fotosunu paylaşaraq bunları qeyd edib:

“Bu, son deyil. Biz daha güclü qayıdacağıq”.

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı da daha güclü qayıdacaqlarını yazıb. O, paylaşımında qeyd edib:

“Uğursuzluqlar hər zaman dərs olur. Əlimizdən gələni etdik, amma alınmadı. Başımızı dik tutacağıq. Daha çox mübarizə aparıb, komanda olaraq daha güclü qayıdacağıq”.

“Qarabağ” Bakıdakı ilk oyunda “Gent”i 1:0 məğlub etsə də, səfər matçında eyni hesabla uduzub. Penaltilər seriyasında daha dəqiq olan belçikalılar 1/8 finala yüksəliblər.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

“Qarabağ”ın hücumçusu Macarıstan klubunda…

Nigar Məmmədova

Asif Sayadov: ” Vinq Çun özgüvəni artırır…”

Şükufə Ramizqızı

Ağır atletlərimiz dünya birinciliyinə qatılacaqlar

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu