18 C
Baku
16 Mart 2025, 16:48
Baş xəbər

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib

“Zəfər Yolu” İB-in, “Founder Club” sahibkarlar klubunun və Tem-Art-ın birgə təşkilatçılığı ilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yaranmasının 30 illiyi münasibəti ilə əlaqədar tədbir keçirilib.

Mingaçevir News-a “Zəfər Yolu” İB-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açılış sözü ilə hərbi hissə komandiri polkovnik-leytenant Fariz Hüseynov açıb:

“Hərbi hissəmizə xoş gəlmisiniz, şəxsi heyət və əsgərlərimiz adından sizləri salamlayıram. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız qələbə bizim şanlı tariximizə qızıl hərflərlə yazıldı. Allah dövlətimiz, vətənimiz uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, qazilərimizə tezliklə şəfa diləyirəm. Hərbi hissənin yaranmasının 30 illiyi ilə bağlı tədbirə dəvətimizi qəbul edib gəldiyiniz üçün Zəfər Yolu İB-in sədri Pərvanə Abdullayevaya və ictimai birliyin kollektivinə dərin təşəkkürümü bildirirəm. Allah dövlətimizi, xalqımızı və ordumuzu qorusun.”

“Zəfər Yolu” İB-in sədri, şair-publisist Pərvanə Abdullayeva və “Founder Club”un rəhbəri Ruslan Dəmirov da hərbi hissənin heyətinə yubiley münasibətilə səmimi təbriklərini çatdırıblar. 44 günlük Vətən Müharibəsinin gənclərimizin vətənpərvərlik ruhunun yüksəldilməsindəki rolundan danışıblar.

44 günlük Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin anası, təqaüddə olan Ədliyyə mayoru Çiçək Biləndərli də oğlunun vətənə olan məhəbbətindən, keçdiyi döyüş yolundan danışıb. Əsgər və zabit heyətini təbrik edib.

Tədbirdə hərbi hissənin əsgər-zabit heyəti, şəhid ailələri, veteranlar, ehtiyatda olan zabitlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbir dəvət olunan qonaqların çıxışları, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə bir neçə saat davam edib.

Sonda tədbir iştirakçıları, qonaqlar, tədbirin təşkilində dəstəyini əsirgəməyən bir neçə şirkətlər, onların nümayəndələri təşəkkürnamə və diplomlarla təltif ediliblər.

Bugün TV

Oxşar xəbərlər

Lütfi Zadə adına məntiq olimpiadası və fənn müsabiqələrinin final mərhələsi keçirilib

Aynur Camal

Millimizin oyunu qadın referiyə tapşırıldı

Aynur Camal

Hamımızın unutmadığı yarımçıq qalan işlər

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu