27 C
Baku
26 İyul 2025, 8:57
Digər

“Müharibədən zərərçəkmiş vətəndaşların psioxoloji reabilitasiyası – səyahətlərin təşkili” layihəsini icra edilib

Bugun.tv xəbər verir ki, “20 Yanvar Şəhid Ailələrinin Hűquqlarının Təmin Olunması” İctimai Birliyi QHT-lərə Dövlət dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibədən zərərçəkmiş vətəndaşların psioxoloji reabilitasiyası – səyahətlərin təşkili” layihəsini icra edir.


Layihənin rəhbəri Maral Zamanovanın verdiyi məlumata görə, layihə müharibədən  zərərçəkmiş vətəndaşların, xüsusi ilə həssas qrupdan olan şəhid ailələrinin və müharibə iştirakçılarının aktivliyinin artıtılmasından bəhs edir.

QHT sədri Maral Zamanova

İctimai birlik ilk təlimini keçirib. Təlimdə şəhid ailələri, 20 yanvar gecəsinin şahidləri, layihə icraçıları iştirak ediblər.
İctimai birlik rəhbəri Maral Zamanova çıxış edərək “Müharibədən  zərərçəkmiş vətəndaşların psioxoloji reabilitasiyası-səyahətlərin təşkili” layihəsi barədə geniş məlumat verib.
Daha sonra layihənin eksperti müharibədən zərərçəkmiş vətəndaşlarımıza, həssas qruplara psixoloji dəstək olaraq onların cəmiyyətə inteqrasiyasına yardımçı olmaq, bir fərdinə çevirmək üçün belə təlimlərin vacibliyini qeyd edib.
Ekspert həmçinin vurğulayıb ki, məqsədlərə çatmaq üçün bu fəaliyyətləri həyata keçirməyi planlaşdırırlar:
Müharibədən  zərərçəkmiş vətəndaşlarımız , həssas qruplarla  məşğul olacaq, onların vaxtının səmərəli təşkili üçün bu gün sorğular keçiriləcək.

Şəhid ailələri ilə görüş

Aktivliklərini artırmaq üçün mühitlərini dəyişmək məqsədi ilə səyahətlər təşkil olunacaq. Şuşaya səyahət baş tutacaq.
Geniş müzakirə, sorğu şəraitində baş tutan təlimdə şəhid Allahyar Nəsibovun oğlu Səlcuq Nəsibov, 20 yanvar ictimai birliyinin sədri Sultan Əzimzadə, şəhid yoldaşı Həcər İsmayılova, Məmmədəli Şıxnəbiyev Şuşaya səyahət baş tutarsa, həqiqətən də, onların əhvalında müsbət dəyişikliklərin baş verəcəyini, dövlətimizin həssas qruplara qayğısını bir daha hiss edəcəklərini vurğulayıblar.
Aktiv müzakirədə belə təlimlərin faydalarıni qeyd edən layihə eksperti bu layihələrin davamlı olmasını arzulayıb. Təlimdə 30-dan çox iştirakçı minnətdarlıqlarını bildiriblər.


Sonda layihəyə töhfə olaraq, şəhidlərin xatirəsinə Maral Zamanova  çay süfrəsi düzənləyib.

Bugün TV

Oxşar xəbərlər

“Biz bir ailəyik” əlilliyi olan şəxslərə dəstək ictimai birliyi Ramazan tədbiri keçirib

Nigar Məmmədova

Azərbaycan hərbçilərinin “Qış təlimi – 2023” təlimlərində iştirakı davam edir-FOTO

Nigar Məmmədova

Eurovision 2022: Ukrayna qalib gəldi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu