Bugün.tv-nin əməkdaşı Anar Yusubov daxil olan şikayət əsasında Mingəçevirdə, 2-ci Qarabağ müharibəsinin istirakçısı Emil Mustafayevin yaşadığı ünvanda olub, onunla görüşüb. Emil Mustafayevin sözlərinə görə, 2020-ci il sentyabrın 29 könüllü olaraq Vətən Müharibəsinə yollanıb. İşğalda olan torpaqlarımızın azad olunması uğrunda döyüşüb, 5 medal qazanıb. Və bu gün müharibə iştirakçısı evsizdi. O, hazırda çox acınacaqlı vəziyyətdə yaşayır. Qaldığı həyət dörd hasardan ibarətdir. Dörd ildir ki, acıq səma altında gecələyir. Qış aylarında isə köhnə maşının içinə sığınır.
Emin Mustafayevin sözlərinə görə iş üçün Mingəçevir rayon Məşğulluq idarəsinə müraciət edib. Ancaq ona verilən işlə bir otaq belə tikdirmək mümkün deyil.
Buna görə də müharibə iştirakçısı dövlətmizdən, Mingəçevirdə yerləşən yataqxanalardan birində qalması üçün yardım istəyir. Məsələ ilə bağlı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Qurumun tabeliyində olan Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimovun sözlərinə görə yaxın zamanda müharibə veteranı Emil Mustafayevin problemi ilə bağlı araşdırma aparılacaq və nəticə ilə bağlı Bugün TV-yə məlumat veriləcək.