14 C
Baku
29 Mart 2024, 19:05
Sosial

Avtobusda dilənməyə məcburam

Binəqədi rayon sakini Saleh Məmmədli Bugün Tv – yə müraciət edib.

O, bildirib ki, əlilik pensiyası kəsilib. Həyat yoldaşı 1-ci özü isə 2-ci qrup əlildir. Qardaşı 1-ci Qarabağ müharibəsində şəhid olub. Onun sözlərinə görə 8 aydır pensiyası kəsilib, ailənin vəziyyəti olduqca acınacaqlı durumdadır və şikayətinə baxılmır.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Agentliyin mətbuat katibi Tural Qurbanov Bugün Tv-nin müraciətinə cavab olaraq bildirib ki, araşdırma aparılacaq və ətraflı məlumat veriləcək.

 

Sevinc Sadıqova

Oxşar xəbərlər

“Təkrar ali və orta ixtisas təhsili” növü üzrə sənəd qəbulu davam edir

Aynur Camal

“Uşaqlar bizim gələcəyimizdir” adlı konfrans baş tutdu

Aynur Camal

Ermənistandan yenidən qanunsuz hərbi yüklərin daşınması müəyyən edilib- VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu