14 C
Baku
22 Noyabr 2024, 7:45
Baş xəbərDünya

Dmitri Medvedev Ukraynada tikiləcək olan “Rheinmetall”- tank zavodunu kaliber zərbələri endirməklə hədələdi

Ukrayna tank istehsalı zavodunun tikintisinə başlayıb. Bu məsələdə “Rheinmetall” müdafiə konserni Ukrayna dövlətinə köməklik göstərəcək. Onun tikintisi təxminən 200 milyon avroya başa gələcək və ildə 400-ə qədər Panter tipli əsas döyüş tankı istehsal olunacaq. Şirkətin rəhbəri Armin Papperger danışıqları ümidverici adlandırıb və konsernin yaxın iki ay ərzində qərar qəbul edəcəyinə ümidli olduğunu vurğulayıb. Onun sözlərinə görə, döyüşdə qazanmaq üçün Ukraynaya 600-800 tank lazımdır. Tankların istehsalı ilə Rusiya silahlı qüvvələrinin hücumlarından etibarlı şəkildə qorunmaq olar.
Dmitri Medvedev Pappergerin çıxışına cavab olaraq, müəssisə tikiləcəyi təqdirdə “Kalibredən salam” vəd edib. Və bildirib ki, Rusiya hakimiyyəti Ukraynaya Qərb tanklarının tədarükünü tənqid edir. “Bu dövlətin sakinləri üçün problemlərlə nəticələnəcək və heç nəyi əsaslı şəkildə dəyişə bilməyəcək”, – deyib.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da  Ukrayna ordusu üçün silah olan istənilən yükün Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfinə çevriləcəyini vurğulayıb. O, həmçinin bildirib ki, Rusiya rəhbərliyinin Ukraynaya qarşı aqressiv kursunu azaltmasını hələ görməyib. Onun fikrincə, Ukrayna o zaman hərbi üstünlük əldə edəcək ki, Qərb ona daha çox ardıcıl dəstək versin.

Aynur Camal

Oxşar xəbərlər

Polis və jurnalisti döyən 7 nəfər tutuldu

İntizar Əmirova

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının təşkilatçılığı ilə tanınmış alim, dilçi, şair Mahirə Nagı qızı Hüseynovanın yaradıcılıq gecəsi keçirilmişdir – FOTO

Aynur Camal

İsraildə aksiyalar davam edir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu