Maraqlı faktlar

Səməni haqqında nəyi bilmirik?

Novruzun əsas atributlarından, simvollarından biri də səmənidir. Novruzu səmənisiz təsəvvür etmək qeyri-mümkündür. Bugun.tv-nin məlumatına görə, səməni Novruz bayramına 10-15 gün qalmış qoyulur. Düzgün qulluq səməninin bayrama qədər hazır olmasına kifayət edir.
Satıcı Füzuli Əzizov deyir ki, bayram günlərində öz süfrələrini səmənilərlə bəzəyənlərdən biri də odur. “Səməni daha çox işığı sevir. Ev şəraitində də bunu becərmək olar. Amma əksər insanlar bunu qaranlıq otaqda saxlayırlar. Bu fikir yanlışdır. Qab altı kimi düz olmalıdır”
Müsahibimiz 30 ildir ki, bu işlə məşğuldur. “Birinci buğda alınmalı, yaxşı-yaxşı yuyulmalıdır. Sonra onu tökürük salofanlara. 2 sutka qalır. Normal şəraitdə, yəni bu istilik sevən bitki deyil, gübrə və dərmanı da sevməz. Buğdalara cücərməsi üçün su tökürük. Çox olmaz. Öz qədəri var. Suda sirkəliyib süzürük düz çıxmaqdan ötrü. Plastik qabin deşikləri çox olsa suyu rahat süzər, kif verməz.
Səməninizin bir tərəfə əyilmiş istiqamətdə böyüməməsi, simmetrik olması üçün onu vaxtı-vaxtında yerində fırlatmaq lazımdı. Çünki cücərtilər daim Günəş gələn tərəfə meyl edirlər. Səmənilərin qiymətinə gəlincə, o satışda 1manatdan 10 manata kimi dəyişir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Zəfər günün mübarək, Azərbaycan!

İntizar Əmirova

Bananın lifini və qabığını da yeyə bilərsiniz!- ARAŞDIRILDI

Bugün TV

Alimlər Çernobıl canavarlarının genomunda gözlənilməz xüsusiyyət aşkar ediblər

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu