Baş xəbər

Münxhen Təhlükəsizlik Konfransı başa çatdı

Bugun.tv xəbər verir ki, Münxhen Təhlükəsizlik Konfransının sədri Kristof Hoysgen konfransı bağlı elan edib.

Yekun nitqində o, Avropa və Almaniyanı müdafiə xərclərini artırmağa, Ukraynaya dəstəyi genişləndirməyə çağırıb və hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsində Beynəlxalq Cinayət Məhkəməsinin rolunun artırılmasını vacib hesab edib.

Eyni zamanda Hoysgen ABŞ və Çinin xarici işlər nazirləri Entoni Blinken və Vanq Yinin konfrans çərçivəsində görüşünü yüksək qiymətləndirib və dünyanın növbəti münaqişəyə ehtiyacı olmadığını vurğulayıb.

Mənbə: Deutsche Welle

Bugün TV

Oxşar xəbərlər

Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib

Aynur Camal

Məhəmməd Əsədullazadə: Trampın Ukrayna siyasəti Moskvanın maraqlarına uyğunlaşır

Aynur Camal

Məhəmməd Əsədullazadə: Trampın Putinlə razılaşmaları Ukraynaya təzyiqləri artıra bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu