20 C
Baku
18 Sentyabr 2025, 22:58
Dünya

Müqəddəs torpaqdan üzücü xəbər! Ölənlərin sayı artır

Müqəddəs torpaqlarda günvurma nəticəsində ölənlərin sayı 14-dən 17-yə yüksəlib. Məkkədə havanın temperaturunun 47 dərəcəyə qədər yüksələcəyi gözlənilir.

İordaniya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Həcc ziyarəti zamanı həyatını itirənlərin sayı 14-ə yüksəlib. İordaniya Xarici İşlər Nazirliyi mərhumların cəsədlərinin ailələrinin istəyinə uyğun olaraq dəfn edilməsi və ya təhvil verilməsi prosedurları ilə bağlı Səudiyyə rəsmiləri ilə koordinasiya etdiyini bildirib.

İordaniya Xarici İşlər Nazirliyinin dünən verdiyi açıqlamada 6 iordaniyalı zəvvarın həcc ziyarətini yerinə yetirərkən gün vurması nəticəsində öldüyü bildirilib.

Səudiyyə Ərəbistanının Məkkə şəhərində bazar ertəsi havanın temperaturunun 47 dərəcəyə qədər yüksələcəyi gözlənilir.

Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi tərəfindən dərc edilən tövsiyədə, Səhiyyə Nazirliyi havanın temperaturunun yüksələcəyi ilə bağlı xəbərdarlıq edərək, zəvvarlara nəmli qalmalarını və günün ən isti saatları olan 11.00-15.00 arasında çöldə olmamalarını tövsiyə edib. Son 30 ildə basabaslar, çadır yanğınları, istilər və digər hadisələr həcc ziyarəti zamanı yüzlərlə insanın ölümünə səbəb olub.

2015-ci ildə Həcc ziyarəti zamanı yaranan izdiham və xaos nəticəsində 2 mindən çox insan həyatını itirib.

Mənbə: TGRT

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Çinin yeni nəsil “Fucien” təyyarədaşıyan gəmisi Tayvan boğazından keçdi

Aynur Camal

Apple Watch kaloriləri “gözlə” hesablayır

Aynur Camal

Fransada “anti-müsəlman” jurnalistin polis tərəfindən müdafiəsi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu