Fransada media fəaliyyətinə nəzarət edən Audiovizual və Rəqəmsal Kommunikasiya Tənzimləmə Qurumu (Arcom) müsəlmanlara və əlcəzairlilərə qarşı ayrı-seçkilik xarakterli məzmun yayımladığına görə Fransanın CNews televiziya kanalına 100 min avro məbləğində cərimə tətbiq edib.
Bugun.tv xəbər verir ki, bu barədə qərar Fransanın Rəsmi Qəzetində dərc olunub.
Qərara əsasən, CNews kanalında yayımlanan proqramlardan birində müsəlmanlara və əlcəzairlilərə qarşı diskriminasiya xarakterli ifadələrin səsləndirildiyi müəyyən edilib.
Arcom, qanunsuz miqrantların müzakirə edildiyi “L’heure des pros 2 Ete” proqramının 8 avqust 2025-ci il tarixli buraxılışı, eləcə də İsrailin Qəzzaya hücumlarının dəyərləndirildiyi 12 avqust 2025-ci il tarixli yayımı ilə bağlı kanala cərimə kəsib.
Mənbə: TRT Haber
