7 C
Baku
21 Dekabr 2025, 12:04
DünyaSiyasət

Müşahidəçilər Missiyası  Qazaxıstanda keçirilmiş parlament seçkilərini demokratik seçki kimi qiymətləndirdi

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Müşahidəçilər Missiyası  Qazaxıstanda keçirilmiş parlament seçkilərini şəffaf və demokratik seçki kimi qiymətləndirir.

“Missiya qeyd edir ki, Qazaxıstan Respublikasının Məclis və Məslixətlərinə növbədənkənar deputat seçkiləri Qazaxıstanın milli qanunvericiliyinin tələblərinə və ölkənin beynəlxalq öhdəliklərinə cavab verib. Seçkilərin legitimliyini şübhə altına alan milli qanunvericiliyin hər hansı pozuntusu qeydə alınmayıb. Missiya seçkiləri şəffaf, etibarlı və demokratik kimi tanıyır”.

Qazaxıstan parlamentinin aşağı palatasına növbədənkənar seçkilər qarışıq sistem əsasında təşkil edilib: deputatların 70%-i partiya siyahıları, 30%-i isə birmandatlı dairələrdən seçilib. Dünən axşam açıqlanan üç rəy sorğusuna görə, ölkənin ən böyük partiyası Əmanət 53%-dən çox səslə seçkilərə liderlik edir. Ölkədə qeydiyyatdan keçmiş 7 partiyadan yalnız 5-6-sı aşağı palataya daxil olmaq üçün 5%-lik baryeri keçə bilər.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

Zəmanət talonu ilə bağlı problemlə üzləşənlərin nəzərinə!

Bugün TV

Lavrov, Valday Klubu mütəxəssisləri ilə Yaxın Şərq probleminin həlli yollarını müzakirə edəcək

Kəmalə Sultan

“Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu