Image default
Mədəniyyət

Musiqili Teatrın kollektivi Mingəçevirdə – FOTO

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən teatrların bölgələrə qastrol səfərləri davam edi

Bugun.tv xəbər verir ki, bu dəfə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Mingəçevirdə uğurla çıxış edib.

Mingəçevir Dövlət Dram Teatrının səhnəsində məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” (tərc. D.Mustafayev) komediyası alqışlarla qarşılanıb.

Qeyd edək ki, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun  quruluşunda ərsəyə gələn bu tamaşada rolları Əməkdar artistlər Əkbər Əlizadə (Molla Nəsrəddin), Nahidə Orucova (Təmənna) İqrar Salamov (Qədir), aktyorlar Möylə Mirzəliyev (Qulam) Mehriban Zaliyeva (Cənnət), Ülviyyə Əliyeva (Tutu), Gülcahan Salamova (Fatma), Gülnarə Əzizova (Zibeydə), Ruslan Mürsəlov (Oğrubaşı), Fərid Rzayev (Oğru) oynayıblar.

Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.

Türk dünyasının müdriklik simvolunu özündə əks etdirən Molla Nəsrəddinin beş arvadı ilə  macaraları izləyənlərə gülüş dolu xoş anlar bəxş edib.

Oxşar xəbərlər

“Qızıl Melodiya” mükafatlarının ilin ən yaxşı albomu öz yerini tapdı

Aynur Camal

Yeni “Pyotr” əvvəlkilərdən nə ilə fərqlənəcək? “İmperiyanın doğuluşu” filmi təqdim olunub

Aynur Camal

III Beynəlxalq Məqam Sənəti Forumunun açılış mərasimi keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu