27 C
Baku
27 İyul 2024, 3:29
Kriminal

Müstəntiq azyaşlı qızın toyunda iştirak edib

Bugun.tv xəbər verir ki, Ucarda yetkinlik yaşına çatmayan qızın toy mərasimi olub.

Belə ki, kənd sakini olan 16 yaşlı qız (yetkinlik yaşına çatmadığı üçün adı göstərilmir) həmkəndlisi Qəribxan Lətifova ərə verilib.

Məlumata görə, bir həftə əvvəl cütlüyün qız toyu olub.

İddialara görə, həmin toyda polis müstəntiqi Elçin Neymanov da iştirak edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin  rəhbəri Elşad Hacıyevlə əlaqə saxladıq.

O, bildirdi ki, E.Neymanov toyda qonaq qismində iştirak edib. Əgər qızın azyaşlı olduğundan xəbərdar olubsa, haqqında müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, Məclis dekabrın 17-də rayonun Qaracallı kəndində təşkil edilib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Paytaxtda yol qaydalarını pozan sürücülər saxlanıldı 

Kəmalə Sultan

Kiber oğru saxlanıldı

Kəmalə Sultan

Ölkəyə 29 kiloqram narkotik maddə gətirən “balıqçı” saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu