14 C
Baku
19 Mart 2026, 17:39
Səhiyyə

Mütəxəssis: “Pəhrizlər çox vaxt effekt vermir və orqanizmə stress yaradır”

Məşqçi Akulina Baxturina pəhrizlərin əksər hallarda gözlənilən nəticəni vermədiyini və orqanizm üçün stress yaratdığını bildirib.

Onun sözlərinə görə, sürətli arıqlama və ağır məşq proqramları davamlı nəticə vermir və çox vaxt çəkini qısa müddətdə geri qaytarır. Mütəxəssis daha effektiv yanaşma kimi mərhələli və balanslı həyat tərzini tövsiyə edir.

Baxturina qeyd edib ki, təhlükəsiz arıqlama tempi həftədə təxminən 0,5–1 kiloqram hesab olunur. Bununla yanaşı, çəki ciddi dəyişməsə belə, bədəndə vizual dəyişikliklər – yağ faizinin azalması və əzələ tonusunun yaxşılaşması mümkündür.

Ekspertin fikrincə, nəticə əldə etmək üçün həftədə 3–4 dəfə, 30–45 dəqiqəlik məşqlər kifayətdir. Proqrama güc hərəkətləri, kardio və dartınma məşqləri daxil edilməlidir. Gündəlik aktivlik – piyada gəzmək, liftdən istifadəni azaltmaq və aktiv istirahət də əlavə fayda verir.

Mütəxəssis proqramın mərhələli qurulmasının vacibliyini vurğulayıb. İlk iki həftə orqanizmi yükləmədən məşqlərə uyğunlaşmaq, növbəti həftələrdə isə intensivliyi artırmaq tövsiyə olunur. Son mərhələdə isə nəticənin qorunmasına diqqət yetirilməlidir.

Baxturina əlavə edib ki, fasiləsiz gündəlik məşqlər əksinə, yorğunluq və zədələrə səbəb ola bilər. Bu səbəbdən həftədə 2–3 gün istirahət etmək, kifayət qədər yuxu almaq, düzgün qidalanmaq və stress səviyyəsini nəzarətdə saxlamaq vacibdir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Kərə yağının faydaları və kimlər üçün zərərlidir

Aynur Camal

Səhər yeməyindən imtina sağlamlıq üçün risklidir

Aynur Camal

İngilis səhər yeməyi yaşlanmanı yavaşlada bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu