25 C
Baku
27 İyul 2024, 7:43
Dünya

Müvəqqəti baş nazir Masra istefa verib

Çadda müxalifət lideri və keçid dövrünün baş naziri Succes Masra mayın 6-da keçirilən prezident seçkilərində uduzduğunu qəbul edib və istefa verdiyini açıqlayıb.

Müxalifət lideri və keçid dövrünün baş naziri Succes Masra mətbuata açıqlamasında bildirib ki, onun rəqibi, keçid dövrünün prezidenti Məhəmməd İdris Debi İtno mayın 6-da keçirilən prezident seçkilərinin qalibi kimi rəsmən təsdiqlənib.

İstefa ərizəsini verdiyini açıqlayan Məsra prezident seçkilərində qalib gəldiyini iddia edib.

Çadın keçmiş prezidenti İdris Debi İtno 2021-ci il aprelin 19-da cəbhədə öldürüldükdən sonra onun oğlu Məhəmməd İdris Debi İtno 20 aprel 2021-ci ildə 15 generaldan ibarət Hərbi Keçid Şurasının rəhbəri təyin edilib.

Müvəqqəti prezident kimi fəaliyyətə başlayan İtno yanvarın 1-də sürgündən qayıdan keçmiş müxalif siyasətçi Succes Masranı müvəqqəti hökumətin baş naziri təyin edib.

Məsra siyasi təzyiqlərə görə 2022-ci ildə Çadı tərk edib, lakin Konqo Demokratik Respublikasının prezidenti Feliks Tşisekedinin vasitəçiliyi ilə 2023-cü ilin noyabrında ölkəsinə qayıdıb.

Müxalifətdəki Dəyişiklik Partiyasının lideri Məsra mayın 6-da keçirilən prezident seçkilərində iştirak edib.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Samsung istifadəçilərinin nəzərinə: One UI 6.1.1 alacaq smartfonlar bunlardır

Kəmalə Sultan

Rusiya Ukraynanı 3 tonluq bomba ilə vurdu!

İntizar Əmirova

Türkiyədə tikiləcək evlərin təməli qoyulub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu