7 C
Baku
21 Dekabr 2025, 5:43
DünyaMədəniyyət

Muzey rəhbərliyi turistlərə xəbərdarlıq etdi

Bugun.tv xəbər verir ki, söhbət Polşanın Krakov şəhərində yerləşən Auşvitzdən gedir.

Bu barədə xəbər kanalının prodüseri Mariya Merfi muzeyə aparan relslərdə gülümsəyərək poza verən turistin fotosunu paylaşıb.

“Bu gün həyatımın ən kədərli təcrübələrindən birini yaşadım. Təəssüf ki, orada hər kəs bunu belə təsir edici hesab etmədi”, – deyə o, yazıb.

Fotonun internetdə yayılmasından sonra muzeyin rəhbəri  ziyarətçilərin ərazidə baş verənlərə hörmət göstərməli olduğu barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Auşvitz I ilk olaraq 1940-cı ilin may ayında polyak siyasi məhbusların saxlanılması məqsədilə inşa olunub. Hesablamalara görə, bu düşərgədə saxlanılan 1.3 milyon nəfərdən 1.1 milyon nəfəri öldürülüb. 1979-cu ildə bu muzeyin adı UNESCO tərəfindən Ümumdünya irsi siyahısına əlavə edilib.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

Kembric lüğəti 2024-cü il üçün ilin sözünü seçdi! 130 min dəfədən çox axtarıldı

Aynur Camal

Rus kimyaçıları tənlikdə 100 illik səhvi düzəltdilər

Aynur Camal

Qurani-Kərimə hücum səbəbilə ilk dəfə məhkəmə işi açıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu