Digər

Mədəaltı vəzi xərçəngi üçün hazırlanmış yeni peyvənd xəstələrin ömür müddətini uzada bilər

Bugun.tv “Independent”ə istinadla xəbər verir ki, klinik sınaqlar nəticəsində peyvəndin xəstələrin sağ qalma müddətini artıraraq onlara ümid verdiyi məlum olub. Tədqiqatçılar bu nəticələri müəyyən dərəcədə sensasion adlandıraraq peyvəndin təsirini daha böyük qrupda mədəaltı vəzi və yoğun bağırsaq xərçəngi xəstələri arasında sınaqdan keçirməyə başlayıblar. Yeni peyvənd immunoterapiyanın innovativ formasına əsaslanır və onun təsir mexanizmi vaksin maddələrinin limfa düyünlərinə çatdırılmasını yaxşılaşdırmaqla orqanizmin infeksiyalar və xəstəliklərlə mübarizə qabiliyyətini gücləndirməyə yönəlib. Mədəaltı vəzi və yoğun bağırsaq xərçənglərində tez-tez KRAS adlı genin mutasiyası müşahidə olunur. Şişlərin böyüməsində mühüm rol oynayan bu geni tanıyıb ona hücum etmək üçün peyvənd xüsusi olaraq hazırlanıb.

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu