25 C
Baku
20 İyul 2025, 8:07
DünyaHadisə

Mədəndə partlayış baş verdi, 21 nəfər öldü

Kolumbiyada kömür mədənində  partlayış baş verib. Nəticədə 21 nəfər həyatını itirib.

“Biz qapalı qalan mədənçiləri xilas etmək üçün qubernatorluqla birlikdə lazım olan bütün səyləri edirik”.

Bugun.tv xəbər verir ki, bunu Kolumbiya prezidenti Qustavo Petro sosial media hesabında qeyd edib.

Partlayışa səbəb ölkədə qeyri-qanuni istismar edilən mədənlərdə təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə olmamasıdır. Elə bu səbəbdən də çoxlu sayda ölümlə nəticələnən qəzalar baş verir.

Xatırladaq ki, 2010-cu ildə Kolumbiyada kömür mədənində baş verən partlayışda 73 nəfərin ölüb. Bu, “ölkə tarixində ən faciəli qəza” kimi qeydə alınıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Xarkovda partlayış səsləri eşidilib

Aynur Camal

Viktor Orban hesab edir ki, Aİ-nin rəhbərliyi dəyişməlidir.

Sevinc Sadıqova

Yaponiya dünyanın ilk 6G cihazını təqdim etdi: 5G-dən 20 dəfə sürətli

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu