Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: Çin-ABŞ danışıqları Yaxın Şərqdəki proseslərə ciddi təsir etməyəcək

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Siyasi ekspert Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ prezidenti Donald Trumpın Çinə iki günlük səfəri və aparılan danışıqlar ümumilikdə müsbət istiqamətdə davam etsə də, tərəflər arasında əsas fikir ayrılığı Tayvan məsələsində qalır.

Ekspertin sözlərinə görə, ABŞ-ın Tayvanla bağlı Çinə ciddi güzəştlərə gedəcəyi gözlənilmir.

Bugun.tv – xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında həmçinin şərh edib bildirib ki, Çin sədri Xi Jinpingin Tayvan məsələsində Donald Trampa açıq etiraz və xəbərdarlıq etməsi regionda yeni eskalasiya ehtimalını artırır. Əsədullazadə qeyd edib ki, Çin Tayvana qarşı dəniz blokadası tətbiq edə bilər.

Politoloq vurğulayıb ki, buna baxmayaraq, iki ölkə əsasən iqtisadi və ticarət əlaqələrinin inkişafı istiqamətində mühüm razılaşmalar əldə etməyə çalışır. O əlavə edib ki, İran məsələsində Çin Hörmüz boğazı ilə bağlı ABŞ-ın mövqeyinə yaxın yanaşma nümayiş etdirir və tərəflər boğazda əvvəlki statusun bərpası məsələsində oxşar mövqedən çıxış edirlər.

Məhəmməd Əsədullazadənin fikrincə, iqtisadi və ticarət sahəsində müəyyən razılaşmalar əldə olunsa da, İran və Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ və Çin arasında ciddi fikir ayrılıqları qalmaqdadır. Ekspert bildirib ki, Donald Trampın İran məsələsində zəif mövqedə olduğu bir vaxtda Çinə səfəri birmənalı görünmür və məhz bu səbəbdən Çin rəhbərliyi Tayvan məsələsində Vaşinqtona açıq xəbərdarlıq mesajı verib.

Siyasi şərhçi hesab edir ki, əgər Donald Tramp İran üzərində tam siyasi üstünlük əldə etdikdən sonra Çinə səfər etsəydi, proseslər fərqli istiqamətdə inkişaf edə bilərdi. Hazırkı vəziyyətdə isə Çin ABŞ qarşısında özünü daha güclü tərəf kimi təqdim etməyə çalışır və danışıqların gedişi də bunu göstərir.

Əsədullazadə sonda qeyd edib ki, ABŞ-ın İran məsələsində Çindən dəstək istəməsi Pekinin geosiyasi mövqeyini daha da gücləndirə bilər. Onun sözlərinə görə, ABŞ və Çin arasında İran üzərindən aparılan geosiyasi rəqabət fonunda Pekinin təsir imkanlarının artdığı müşahidə olunur.

Aynur Camal

Oxşar xəbərlər

ABŞ–Çin sammiti: “Rəqib yox, tərəfdaş”

Aynur Camal

Məhəmməd Əsədullazadə: ABŞ-İran danışıqları dalana dirənib

Aynur Camal

Trumpın təyyarəsi Çinə endi: Şi Cinpinqlə kritik görüş başlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu