DünyaSiyasət

Məhəmməd Əsədullazadə: Kılıçdaroğlunun CHP rəhbərliyinə qaytarılması partiyada yeni mərhələnin başlanğıcıdır

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə Türkiyədə Cümhuriyyət Xalq Partiyası (CHP) ətrafında baş verən son siyasi prosesləri şərh edib.

Ekspert öz sosial media hesabında paylaşdığı fikirlərdə bildirib ki, CHP-nin 38-ci növbədənkənar qurultayının nəticələrinin məhkəmə tərəfindən ləğv olunması və partiyanın fəaliyyətinin müvəqqəti olaraq Kemal Kılıçdaroğlu rəhbərliyi altında davam etdirilməsi Türkiyə siyasətində mühüm hadisədir.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, qəbul edilən qərar Özgür Özel sədrliyinin faktiki olaraq dayandırılması anlamına gəlir və bu proses CHP daxilində yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Siyasi ekspert qeyd edib ki, İstanbulun sabiq bələdiyyə rəhbəri Ekrem İmamoğlunun partiya daxilində formalaşdırmağa çalışdığı siyasi xətt ciddi zərbə alıb. Onun fikrincə, İmamoğlu Özgür Özəlin sədr seçilməsi vasitəsilə gələcək prezidentlik planlarına siyasi zəmin hazırlamağa çalışırdı.

Əsədullazadə bildirib ki, Türkiyənin son 20 ildə regional və qlobal gücə çevrilməsi əsasən Recep Tayyip Erdoğan hakimiyyəti dövründə həyata keçirilən siyasi və iqtisadi kursun nəticəsidir. O vurğulayıb ki, AK Parti iqtidarı dövründə Türkiyədə sənaye və kənd təsərrüfatı inkişaf edib, ölkənin iqtisadi göstəriciləri regionun bir çox dövlətləri ilə müqayisədə yüksəlib.

Ekspert həmçinin CHP daxilində baş verən dəyişikliklərin gələcəkdə Türkiyə siyasətinə və müxalifət düşərgəsinin fəaliyyətinə ciddi təsir göstərə biləcəyini qeyd edib.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Tramp İran böhranından çıxmaq üçün Kubanı əsas hədəfə çevirə bilər

Aynur Camal

Alimlər Ay’a uçuş üçün yeni “gizli marşrut” kəşf etdi: milyonlarla dollara qənaət mümkün olacaq

Aynur Camal

Rusiyada neft infrastrukturuna yeni dron zərbəsi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu