Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycanla münasibətləri qarşılıqlı hörmət əsasında inkişaf etdirməlidir

Siyasi ekspert, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi Moskvanın Azərbaycanla siyasi, iqtisadi, təhlükəsizlik və regional əməkdaşlığı inkişaf etdirmək niyyətini nümayiş etdirir.

Ekspertin sosial media hesabında paylaşdığı şərhə görə, bu addım son dövrdə iki ölkə arasında yaranmış gərginliyin aradan qaldırılması və münasibətlərin yeni mərhələyə keçməsi istiqamətində Rusiyanın maraqlı olduğunu göstərir.

Bununla yanaşı, Məhəmməd Əsədullazadə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Qarabağla bağlı son açıqlamalarını ziddiyyətli hesab edib. Onun fikrincə, bir tərəfdən Kreml Azərbaycanla münasibətləri normallaşdırmaq istədiyini bildirir, digər tərəfdən isə Rusiya XİN Qarabağ mövzusunu yenidən gündəmə gətirməklə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü baxımından suallar yaradır.

Siyasi ekspert vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşıb, sülh gündəliyi irəli sürülür və regional əməkdaşlıq imkanları genişlənir. Onun sözlərinə görə, Qarabağ münaqişəsi artıq həll olunub və bu məsələnin yenidən gündəmə gətirilməsi iki ölkə arasında etimadın möhkəmlənməsinə xidmət etmir.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya region siyasətini Cənubi Qafqaz ölkələrinin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipi üzərində qurmalıdır. O əlavə edib ki, Azərbaycan bu gün həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində mühüm rol oynayan regional gücə çevrilib.

Ekspert hesab edir ki, əgər Rusiya Azərbaycanla münasibətləri strateji səviyyədə inkişaf etdirmək istəyirsə, bu münasibətlər qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və Azərbaycanın milli maraqlarına hörmət prinsipinə əsaslanmalıdır.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Keçmiş məcburi köçkünlərə 3 il müddətində müavinət ödəniləcək, mənzillərinə çıxarış veriləcək

Aynur Camal

Şəfa ilə yazılan ömür yolu – Ələddin həkimin 69 yaşı tamam olur

Elnarə Dərziyeva

Süni intellektin hazırladığı ilk restoran fəaliyyətə başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu