Baş xəbərSosial

“Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar DYP məlumat yaydı

Bugun.tv-yə daxil olan məlumata əsasən, Polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

“Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq “Bakı şəhər halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkətində məhdudiyyətlər tətbiq olunub.

Bu müddət ərzində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarının, həmçinin, nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi məqsədi ilə yol polisləri gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

Bir daha sürücülərdən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, DYP əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edilib.

Aynur Camal

Oxşar xəbərlər

Bu gün! – müstəqil dövlətçiliyin hüquqi təməlindən 31 il ötür

Aynur Camal

İlham Əliyev COP31 Liderlər Sammitində iştirak etdi – Ərdoğan və Quterreş onu qarşıladı

Aynur Camal

Bayrağa ehtiram – dövlətə və Vətənə sədaqət

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu