29 C
Baku
28 İyun 2025, 18:10
Mədəniyyət

Məmməd Əmin Rəsulzadənin anım günü ilə əlaqədar film nümayiş olunacaq

Məmməd Əmin Rəsulzadənin anım günü ilə əlaqədar olaraq 31 yanvar tarixində “Park Cinema” kinoteatrlar şəbəkəsində görkəmli şəxsiyyət haqqında çəkilən film nümayiş olunacaq.

Ekran əsəri Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Rəsulzadənin izi ilə Almaniya, Polşa, Türkiyə və Azərbaycanda lentə alınıb.

Film ərzində yerli və xarici tədqiqatçıların müsahibələri, Rəsulzadəyə məxsus arxiv sənədləri, eksklüziv foto və video görüntülər nümayiş olunur.

Layihənin müəllifi Aztv-də yayımlanan “Yüz ilin sirləri” verilişin müəllif-aparıcısı Hüseyn Cavadzadədir.

Xatırladaq ki, Məmməd Əmin Rəsulzadə 1884-cü il, 31 yanvar tarixində Bakının Novxanı kəndində anadan olunub.

 

 

 

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Autizm festivalı keçiriləcək

Teymur Əziz

AQSİA 18-ci Beynəlxalq Kənd Təsərrüfatı və 30-cu Qida Sənayesi Sərgisində təmsil olunur

Aynur Camal

Uşaqların qiyməti…

Aynur Əfəndi Zadə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu