Digər

Mərakeşin Səhra Bölgəsində yüksək miqdarda qızıl tapıldı

Mərakeş Milli Karbohidrogenlər və Minerallar İdarəsi (ONHYM) ölkənin cənubundakı əl-Verma, Jalva və İmtalan-Tiçla bölgələrində bu il aparılan kəşfiyyat işləri zamanı yüksək qızıl göstəricilərinin konsentrasiyasının aşkar edildiyini açıqlayıb.

Ofis 2025-ci il ərzində aparılan mədən kəşfiyyat fəaliyyətlərinin qiymətli və əsas metallara, eləcə də sənaye süxurlarına, minerallara və enerji ehtiyatlarına yönəldiyini bildirilib. Bu il ölkə daxilində 44 yeni mədən layihəsinin başlandığı və işlərin xüsusilə yüksək potensiallı ərazilərdə cəmləşdiyi vurğulanıb.

Bəyanatda həmçinin Nador (şimal) və Bucedur (cənub) bölgələrində fəaliyyət göstərmək üçün beynəlxalq şirkətlərlə əməkdaşlıq müqavilələrinin imzalandığı açıqlanıb. ONHYM bu tərəfdaşlıqların ölkənin mədənçilik potensialını artırmağı və Mərakeşi regional mədən mərkəzinə çevirməyi hədəflədiyini bildirib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu