O, qapıları bağladı və insanları diri-diri yandırdı
Nigeriyanın Kano əyalətində məsciddə dindarlara qarşı dəhşətli hücum həyata keçirilib. Hücum edən şəxs qapıları bağlayaraq məscidi yandırıb.
Nigeriyanın Kano əyalətində bir nəfər məscidin qapılarını qıfıllayıb, benzin töküb və məscidi yandırıb. Hadisə zamanı məsciddə olan 40 nəfərdən 11-i ölüb, onlarla insan yaralanıb.
Polis 38 yaşlı təcavüzkarın həbs edildiyini açıqlayarkən, hücumun mirasın bölüşdürülməsi ilə bağlı fikir ayrılığı səbəbiylə həyata keçirildiyini bildirib.
Gewaza bölgəsində səhər namazı zamanı hücumla bağlı şahidlər, alovların məscidi əhatə etdiyini və qapıları açmağa çalışanların qışqırtılarının eşidildiyini bildirib.
Yerli mətbuatın məlumatına görə, partlayışı eşidən qonşular içəridə qalanların köməyinə qaçıblar.
Polis hücumun bomba partlaması ola biləcəyindən şübhələnərək bölgəyə bomba mütəxəssislərinin göndərildiyini, lakin hücumda heç bir bomba istifadə edilmədiyini açıqlayıb.
Səlahiyyətlilərin verdiyi açıqlamaya görə, aralarında uşaqlar da daxil olmaqla, bir çox insan hələ də xəstəxanada müalicə alır.
Mənbə: TGRT