Dünya

Məşhur çimərlikdə maraqlı qadağa: Çətirdən istifadə yaşla məhdudlaşdırıldı

Bugun.tv xəbər verir ki, İtaliyanın Sardiniya adasında yerləşən və turistlərin ən çox üz tutduğu məkanlardan biri olan Spiaggia di Punta Molentis çimərliyində yeni qaydalar tətbiq olunub.

Məlumata görə, ətraf mühitin və təbii landşaftın qorunması məqsədilə çimərlikdə çətirdən istifadə ilə bağlı məhdudiyyət qoyulub. Yeni qaydalara əsasən, yalnız 10 yaşdan kiçik uşaqları olan ailələr və 65 yaşdan yuxarı şəxslər çimərlikdə çətir aça biləcəklər.

10-65 yaş aralığında olan ziyarətçilərin isə çətir, çardaq və ya digər kölgəlik qurğularından istifadə etməsinə icazə verilməyəcək.

Qərar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi yay aylarında havanın 40 dərəcəyə qədər yüksəldiyini və kölgəsiz qalmağın sağlamlıq üçün risk yaratdığını bildirib.

Yerli hakimiyyət isə qərarın bölgənin təbii gözəlliyini və ekoloji balansını qorumaq məqsədi daşıdığını açıqlayıb. Bildirilib ki, Punta Molentis xüsusi mühafizə olunan ərazi hesab olunur və tətbiq edilən məhdudiyyətlər gələcək nəsillər üçün çimərliyin qorunmasına xidmət edir.

Yeni qaydalara əsasən, çimərliyə giriş ödənişli olaraq qalır və ziyarət saatları səhər 08:00-dan axşam 20:30-dək müəyyənləşdirilib.

Mənbə: Daily Mail

Aynur Camal

Oxşar xəbərlər

İlin əvvəlindən 4 900-dən çox restoran müflis oldu

Aynur Camal

Süni intellekt agentləri insanların başa düşmədiyi öz dillərini formalaşdırdı

Aynur Camal

700 ildir bu qayaların içində yaşayırlar: nə kondisioner, nə də qaz var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu