27 C
Baku
27 İyul 2024, 3:23
Mədəniyyət

Nərimanov rayonunda “Heydər Əliyev və vətənpərvər Azərbaycan Gəncliyi” mövzusunda tədbir keçirilib – FOTO

2 fevral 2023-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nərimanov Rayon İdarəsinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə “Gənclər həftəsi” çərçivəsində “Heydər Əliyev və vətənpərvər Azərbaycan Gəncliyi” mövzusunda gənclərlə görüş keçirilib. 

Bugun.tv xəbər verir ki, görüşdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası, Rayon Ağsaqqalar Şurasının sədri Arif Hümbətov, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nərimanov Rayon İdarəsinin rəisi, polkovnik-leytenant Aqşin Əliyev, Psixoloji Sınaq Mərkəzinin təsisçisi ve psixoloq Nigar Məhərrəmova, Azərbaycan Mədəniyyəti sosial Platformasının sədri Vüsalə Fətullayeva üzvləri ifaçıları , ali və orta ixtisas təhsil müəssisələrinin tələbə gənclər təşkilatlarının sədrləri, müavinləri, elm, mədəniyyət və təhsil sahələrində fərqlənən gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər Gənclər Günü münasibəti ilə gəncləri təbrik edib, Azərbaycanda dövlət gənclər siyasətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulduğunu və bu günkü bayramın Ulu Öndər tərəfindən gənclərə ərmağan olduğunu bildirib, Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi qayğı və diqqətdən, aparılan sistemli işdən, inkişafın yeni hədəflərinin müəyyən edildiyindən bəhs ediblər.

Çıxışlardan sonra təhsil, idman, elm, mədəniyyət və digər sahələrdə fərqlənən bir qrup fəal gənc fəxri fərmanlarla təltif olunmuşlar.

Oxşar xəbərlər

Türkan Şoraydan sevgi səhnəsi etirafları!

İntizar Əmirova

Əməkdar mədəniyyət işçisi vəfat edib

Nigar Məmmədova

“Silahın mistik gözəlliyi”-FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu