Baş xəbərHadisə

Nərimanov rayonunda biznes mərkəzində partlayış: 7 nəfər xəsarət alıb

Bu gün səhər saat 09:00 radələrində Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsində yerləşən ofis binasında (biznes mərkəzində) partlayış baş verib.

Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Onlardan 5-i Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub: birinə termiki yanıq, dörd nəfərə isə bədənin müxtəlif nahiyələrində travmalar diaqnoz edilib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri dərhal hadisə yerinə cəlb olunub. Aidiyyəti qurumlar partlayışın səbəblərini araşdırırlar.

Mənbə: Fövqəladə Hallar Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov manatın məzənnəsi ilə bağlı gözləntilərini açıqlayıb

Aynur Camal

Prezident İlham Əliyev: “Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var”

Aynur Camal

Vüqar Bayramov: Xarici sərmayələrin artması qeyri-neft sektorunun inkişafını stimullaşdıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu